Sumqayıt məktəbinin müəllimi Səudiyyə Ərəbistanın Mədinə şəhərində dünyasını dəyişib.
Sumqayit24.az-a daxil olan məlumata görə, 55 yaşlı zəvvar Afət Əliyeva avtobusdan düşən kimi huşunu itirib, dişləri qıcınıb və dili qatlanıb. Xəstəxanaya çatdırılsa da burada vəfat edib.
28 nömrəli məktəbin riyaziyyat müəllimi olan Afət xanım digər zəvvarların müşayiəti ilə Bəqi qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, sözügedən qəbiristanlıqda Məhəmməd peyğambərin ailə üzvləri və xəlifələr də dəfn olunublar.
Allah rəhmət eləsin!
View this post on Instagram