Sumqayıt sakinləri telekommunikasiya sahəsindən ən çox narazı qalanlar arasındadırlar.
Sumqayit24.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) istinadən xəbər verir ki, bu il aprelin 1-nə “E-Şikayət” sisteminə telekommunikasiya ilə bağlı daxil olan şikayətlərin 4,55 %-i sumqayıtlıların payına düşüb.
Ümumi şikayətlərin 91,32 %-i internet telekommunikasiya xidmətləri (GPON, ADSL və s.)”, “Mobil internet”, “Mobil rabitə” və “Telefon rabitəsi” ilə bağlı olub.