Sumqayıtda müşahidə olunan isti hava şəraitinin avqustun 8-dək davam edəcəyi bildirilib.
Sumqayit24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, burada 35-40 dərəcəyədək isti olacağı gözlənilir.
Qeyd olunub ki, Sumqayıtda, o cümlədən sahilyanı ərazilərdə cənub-şərq küləklərinin üstünlüyü gözlənilir.
Bu isə öz növbəsində havada nisbi rütubətinin yüksəlməsinə və durğun hava şəraitinin olmasına səbəb olacaq.