Sumqayıt poliqonunda istehlaka yararsız müxtəlif növ qida məhsulları məhv edilib. Bu barədə 30 dekabr tarixində Sumqayıt24 xəbər verir.
“Sun Food” MMC-yə məxsus ümumi çəkisi 22,9 ton təşkil edən müxtəlif növ süd məhsulları və 88,8 ton çəkisi olan müxtəlif növ digər qida məhsulları utilizasiya olunub. Proses “Təmiz Sumqayıt-Kənan” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda həyata keçirilib.