Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşları üçün "Təhsildə süni intellektin tətbiqi" mövzusunda təlim təşkil edilib.
Sumqayit24.az xəbər verir ki, təlimdə süni intellekt texnologiyalarının tədris prosesinə inteqrasiyası, rəqəmsal resurslardan istifadə və innovativ yanaşmalar müzakirə olunub.
Praktik və nəzəri biliklərə əsaslanan təlim, təhsil sahəsində müasir texnologiyalardan effektiv istifadəni təşviq etməyi hədəfləyir.
Təlim iştirakçıları süni intellektin tədrisdə yaratdığı imkanlarla tanış olub, müvafiq sahədə tətbiq mexanizmləri barədə ətraflı məlumat əldə ediblər.