Sumqayıtda xoreoqrafiya sənəti üzrə ustad dərsi keçirilib. Bu haqda bu gün, 24 iyun tarixində Mədəniyyət Xəbərlərinə istinadən xəbər veririk.
Ustad dərsi Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində təşkil edilib. Ustad dərsində Bakı Xoreoqrafiya Akademiyasının müəllimləri - əməkdar artist Elçin Allahverdiyev və Prezident təqaüdçüsü Çinarə Quliyeva, Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbi, Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbi, Ə. Bakıxanov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi, N. Nərimanov adına Mədəniyyət Mərkəzi, Dostluq Mədəniyyət evi və C.Cabbarlı adına Mədəniyyət evinin müəllim və şagirdləri iştirak ediblər.