Bakı-Xırdalan-Sumqayıt qatarında yubanma yaşanıb.
Bələdçilər qatarın müəyyən səbəblərə görə gecikmə ilə hərəkət etməsi barədə məlumat yayıblar. Gecikmənin səbəbi ilə bağlı isə hər hansı bir məlumat verilməyib.
Sumqayit24.az məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-yə sorğu ünvanlayıb. Sorğuya cavab olaraq bildirilib ki, texniki səbəblərdən Abşeron dairəvi marşrutu üzrə bəzi qatarların hərəkətində qısamüddətli gecikmələr olub.