Sumqayıtda sürücülər saxta “parkovşik”ə görə cərimələniblər. Sumqayıt24-ə bu barədə 2 fevral tarixində məlumat daxil olub.
İzləyicilərimizdən biri Koroğlu küçəsində (“Elmar”ın yaxınlığı) avtomobilini “parkinq işçisi”nin göstərdiyi yerdə saxlayıb. Lakin çox keçmədən onun nömrəsinə, dayanma-durma qaydasını pozması və 20 manat cərimələndiyi barədə bildiriş gəlib. Məlumata görə, bu anlaşılmazlığa görə daha bir neçə nəfər cərimələnib.
Vətəndaşlar aidiyyəti quruma müraciət etdikdə onlara bildirilir ki, həmin “parkovşik” qeyri-qanuni çalışır.