Sumqayıtda "Ritm bir dünyadır" adlı nağara ifaçılığı müsabiqəsinə start verilib. Bu haqda Regional Mədəniyyət İdarəsinə istinadən xəbər veririk.
"Şuşa İli"nə həsr olunan müsabiqə Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində təşkil edilib. Buraya Sumqayıt şəhər, Abşeron, Qubadlı, Şuşa, Xızı rayonlarının mədəniyyət müəssisələrindən olan 12-25 yaş arası ifaçılar qatılıb. Münsiflər heyəti müsabiqənin 1-ci turunda ümumilikdə 37 ifaçının istedadını qiymətləndiriblər. 2-ci turun 15 aprel tarixində keçiriləcəyi bildirilib.
Müsabiqənin təşkil edilmə səbəbi istedadlı gəncləri üzə çıxararaq, onlara gələcək fəaliyyətlərində dəstək olmaq, həmçinin yeni ritm kollektivlərinin yaradılmasının əsasını qoymaqdır.