Sumqayıtda "Şuşa ili"nə həsr olunmuş tədbir keçirilib. Sumqayıt24 bu haqda sosial şəbəkələrə istinadən xəbər verir.
Şənlik 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində təşkil olunub. Burada qazilərimiz, Abşeron - Xızı Regional Təhsil İdarəsinin sektor müdiri Arzu Alızadə, Sumqayıt şəhər 2 nomrəli və Abşeron rayon Uşaq - Gənclər İnkişaf mərkəzlərinin direktorları Fariz Orduxanov və Aytən Rüstəmova, eləcə də İstedad liseyi, 5, 27 və 35 nömrəli məktəblərin direktorları iştirak ediblər.
Tədbir zamanı Sumqayıt ümumtəhsil məktəblərinin şagirdləri və 1 nömrəli UGİM tərəfindən həyata keçirilən “Məktəbimizin lideri” layihəsinin qaliblərinin iştirakı ilə zəfər paradı baş tutub. Daha sonra fləş-mob nümayiş etdirilib, müxtəlif rəqslər, mahnılar və şeirlər səsləndirilib