Sumqayıtda “Şuşalı yurdum” adlı hesabat konserti keçirilib. Sumqayıt24 bu haqda Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Konsert Q. Qarayev adına 1 nömrəli Uşaq musiqi məktəbi tərəfindən 28 May Mədəniyyət Evində təşkil edilib. Burada sözügedən idarənin rəisi Rəşad Əliyev və onun müavini İlham Əhmədov iştirak ediblər.
Konsertdə musiqi məktəbinin şagirdlərindən ibarət xor kollektivi və uşaq ansamblı, müəllimlərdən ibarət ansambl maraqlı musiqilərlə çıxış ediblər.
Şagirdlər, həmçinin kamança, fortepiano, klarnet və qarmonda solo ifalar təqdim ediblər.