Sumqayıtda Təcili Tibbi Yardım stansiyasına müraciət edənlərin əksəriyyəti onlarda koronavirusun simptomlarının olduğunu bildirilib. Sumqayıt24 bu haqda bu gün, 19 fevral tarixində AzTV-yə istinadən xəbər verir.
Belə ki, həmin stansiyaya gündə 2 minə yaxın müraciət daxil olur. Götürülən yaxmaların 60-70%-nin nəticələri pozitiv çıxır. Sahə həkimi Hamlet Pirvəliyevin sözlərinə görə, yoluxmaların pik həddə çatdığı zaman 700-800 nəfərdə koronavirus aşkar edilə bilir. Son sutkada isə, 700 yaxma götürülüb və onlardan 417 nəfərin nəticələri pozitiv olmuşdur. Onların arasında 5-10%-i “Delta”, qalanları isə “Omicron” ştammına yoluxanlardır.
Qeyd edək ki, Sumqayıtda 100 mindən çox vətəndaş 3-cü (buster) doza vaksin qəbul edib.