Sumqayıt Dövlət Universitetinin (SDU) tələbələri kredit götürən tələbələrin sayına görə ilk onluqda qərarlaşıb. Bu haqda Sumqayıt24 bu gün, 7 aprel tarixində AZƏRTAC-a istinadən xəbər verir.
Məlumata əsasən, Təhsil Tələbə Krediti Fondunun rəhbəri Araz Paşayev bildirib ki, kredit alan tələbələrin sayına görə SDU 7-ci yerdədir.
Təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsidir.