Sumqayıt məktəblərindən biri respublika müsabiqəsində ən yaxşı təhsil müəssisəsi kimi mükafatlandırılıb. Bu haqda bu gün, 7 may tarixində Sumqayıt24 xəbər verir.
Məlumata əsasən, "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)" devizi altında 2021-ci ildə keçirilən müsabiqədə 48 məktəb qalib gəlib. Təbiət elmləri təmayüllü gimnaziyaya "Fəxri Diplom” və televizor təqdim olunub.