Sumqayıtda quşçuluq müəssisəsinin tullantılarını kanala axıdan şirkət rəhbərinə cərimə tətbiq olunub. Bu haqda 10 aprel tarixində Sumqayıt24 Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir.
Söhbət 76-cı məhəllədə fəaliyyət göstərən "Murad Aqro" MMC quşçuluq müəssisəsindən gedir. Araşdırma zamanı formalaşan tullantıların ərazidəki "Acıdərə" adlanan kanala atılması faktı təsdiq olunub.
Faktla bağlı akt, protokol tərtib edilib və müəssisənin direktoru Maqsud Əlizadə vəzifəli şəxs qismində cərimə olunub.
Çatışmazlıqların aradan qaldırılması və istehsalat zamanı formalaşan tullantıların düzgün idarə olunması məqsədilə müəssisə rəhbərinə məcburi göstəriş verilib.