Sumqayıtda daha bir restoranda pozuntular aşkar edilib. Sumqayıt24 bu haqda Qida Təhlükəsizliyi Agentliyinin rəsmi saytına istinadən xəbər verir.
Agentliyin əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı, şəhərin 45-ci məhəlləsində yerləşən "Tac" restoranının fəaliyyətində müəyyən pozuntular aşkarlanıb. Bununla bağlı obyektin sahibi Namiq Məmmədova qarşı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbir görülüb.