“Gələcəyin mühəndisi” IV Respublika müsabiqəsinin qalibləri bəlli olub. Sumqayıt24 bu haqda 17 dekabr tarixində xəbər verir.
Müsabiqə Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi PH və Tusi-Bohm Planetariumu tərəfindən təşkil edilib. Sumqayıt şəhər "Təfəkkür" liseyinin şagirdləri Gülər Əliyeva 1-ci yerə, Nigar Aləmşahova, kollektiv şəklində isə Zəhra Xuduyeva və Nurcan Bağızadə dizayn üzrə həvəsləndirici yerə layiq görülüblər.