Tağıyev qəsəbəsində ağac gövdələri ağardılıb. Bu haqda bu gün, 4 aprel tarixində Sumqayıt24 xəbər verir.
Məlumata əsasən, işlər Cabir Novruzov, Fətəli xan və Fərrux Qayibov küçələrində aparılıb. Yolboyu ağaclar əhənglənib.
Bunu nə üçün edirlər? Qabıqda yaranmış zədə yerlərindən orqanizmin daxilinə infeksiyalar və zərərvericilər daxil olur, onu zəiflədir, vaxtından əvvəl soluxmaya və ağacın məhvinə gətirib çıxarır. Bu səbəbdən də gövdənin ağardılması ona görə zəruridir ki, ağacın qabığının sağlamlığı təmin edilsin. [modula id="12596"]