Sumqayıtda 23 yaşlı gənc intihar edib. Sumqayıt24 bu haqda bu gün, 14 mart tarixində Xeberle.com-a istinadən xəbər verir.
Məlumata əsasən, hadisə H.Z. Tağıyev qəsəbəsində ("Nasosnıy") baş verib. Qəsəbə sakini Mürsəl Hadıyev yaşadığı evdə özünü asıb. Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Araşdırma aparılır.