Bakı–Quba yolunda qəza olub. Sumqayıt24 bu haqda 24 iyun tarixində Shimal.news-a istinadən xəbər verir.
Hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verib. Quba sakini idarəetməni itirərək “Hyundai” markalı avtomobilini yol kənarındakı bordürə çarpıb.
Xəsarət alan yoxdur. Avtomobil yararsız hala düşüb.