Sumqayıt şəhərində yanğın nəticəsində xəsarət alan olub. Bu haqda bu gün, 16 aprel tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər veririk.
Məlumata əsasən, hadisə Tağıyev qəsəbəsində baş verib. Ümumi sahəsi 100 kv.m olan 1 mərtəbəli evin yanar konstruksiyaları 80 kv.m sahədə yanıb. Yanğı nəticəsində 1 nəfər xəsarət alıb.
Alov FHN-in xilasediciləri tərəfindən söndürülüb.