Şəhərdə sakinlər üçün təhlükə və maneə yaradan ağaclar kəsilib. Sumqayıt24-ə bu barədə 13 may tarixində məlumat daxil olub.
Bu istiqamətdə işlər Rəhman Qəhrəmanov küçəsində görülüb. Aidiyyəti qurumun əməkdaşları yolun kənarında, yataqxananın önündə bitən bir neçə ağacı budayıb və kəsiblər.
Verilən məlumata görə, həmin ağaclar aşmaq üzrə idi.