Təhsil eksperti Elmin Nurizadə bu ilin ən önəmli təhsil hadisələrini xatırladıb.
O, bununla bağlı Bizim.media-ya danışıb. E.Nurizadə hesab edir ki, bu ilin ən önəmli təhsil hadisələrindən biri Sumqayıt Dövlət Universiteti (SDU) ilə bağlıdır.
“Bu ilin aktiv universitetləri sırasına Sumqayıt Dövlət Universitetini və Azərbaycan Texniki Universitetini daxil etmək olar. Orta sıralarda olan bu universitetlər rektorları vasitəsilə bizim ali təhsil müəssisələrinin reytinqlərində daha da inkişaf edir, həmçinin UNEC-i də bu sıralarda göstərə bilərik”.