Zəfər Günü ilə əlaqədar Sumqayıt əraizisində silsilə tədbirlər keçirilib. Bu barədə 4 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Sözügedən tədbirlər təntənəli şəkildə Sumqayıt Dövlət Universiteti, 4 nömrəli məktəb, 43 və 56 nömrəli uşaq bağçalarında təşkil olunub. Burada tələbə, müəllim, şagird və azyaşlı fidanlar iştirak ediblər.
Vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, mahnılar oxunub. Çıxış edənlər ordumuzun şanlı qələbəsindən bəhs ediblər.