top
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin işinə Sumqayıt Məhkəməsinda baxıldı
31 may 2025, 02:44
- ↺ +

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin işinə Sumqayıt Məhkəməsinda baxıldı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt İnzibati Məhkəməsi diplomunun tanınmasını tələb edən iddiaçının şikayətini təmin edib.

Trend.az-ın məlumatına görə, iddiaçı 2015-ci il tarixdə Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti “Fövqəldə halların qarşısının alınması və aradan qaldırılması üzrə mühəndis” bakalavr dərəcəsinin ali təhsil üzrə ixtisasına daxil olub, 23 iyun 2020-ci il tarixində həmin ali təhsili bitirib.

Belə ki, ona 25 iyun 2020-ci il tarixdə bakalavr diplomu verilib. Sözügedən Universitetdə 2015- 2020-ci illər olmaqla, qiyabi əsasla təhsil alıb. Ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi məqsədi ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə elektron qaydada müraciət etsə də, Təhsildə Keyfiyyət Təminatı Agentliyi İdarəsi ona tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında müvafiq ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə olan tədris yükünün yerində yetirməyinin qeyri-mümkün olması səbəbindən imtina məktubu verib.

İddiaçı bildirib ki, diplomun tanınmasında heç bir qadağa olmadığı halda diplom üzrə aldığı ixtisasın tanınmaması Beynəlxalq Konvensiyaya ziddir. Hətta xarici passportundan da təhsil aldığı müddətlərdə müntəzəm olaraq Belarus Respublikasına səfər etdiyi və uzun müddət orada qaldığı açıq-aydın görünür. Onun ölkədə qısa müddət ərzində olduğundan ölkədə müəyyən olunan səviyyə ilə uyğun gəlmədiyi hissəsi ilə əlaqədar isə qeyd etməyi zəruri bilir ki, FHN “Mühəndis- Komanda Universiteti” beynəlxalq standartlara cavab verən təhsil verir ki, bu təhsili bildirən diploma əlavə də ona təqdim edilib.

Məhkəmənin qərarı ilə Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti tərəfindən İddiaçı adına verilmiş “Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması” bakalavr dərəcəsi ali təhsilinin 23 iyun 2020-ci il tarixli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsə həvalə edilib.

Son xəbərlər

İdman
Bu gün, 09:41

"Sumqayıt" azarkeşlərinin nəzərinə: bu gün oyun var

İdman
Bu gün, 09:11

Ceyranbatan məktəblisi beynəlxalq yarışın BİRİNCİSİ OLDU

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 37-ci günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtın yetişdirdiyi məşhur simalar

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Bütün xəbərlər
31 oktyabr 2026, 18:00

Sumqayıtda noyabrın ilk günü 20 dərəcə isti olacaq

İdman
31 oktyabr 2026, 17:30

ABL-də "Sumqayıt" - "Sabah" matçı başqa arenada keçiriləcək

İdman
31 oktyabr 2026, 16:59

Sumqayıtda cüdo üzrə bölgə çempionatı keçirildi – NƏTİCƏLƏR

Bütün xəbərlər
31 oktyabr 2026, 16:21

Sumqayıtda təcili tibbi yardım şöbəsi qəsəbədən uzaq düşdü - ŞİKAYƏT

Bütün xəbərlər
31 oktyabr 2026, 15:40

Sumqayıtda ərazinin görünüşünü korlayan yarımçıq tikilidən şikayət

Bütün xəbərlər
31 oktyabr 2026, 15:06

MKA: "Apple" istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Bütün xəbərlər
31 oktyabr 2026, 14:10

Sumqayıt məhkəməsinin fəaliyyəti Ali Məhkəmənin Plenumununda müzakirə olundu

Bütün xəbərlər
31 oktyabr 2026, 13:31

Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü - MƏHKƏMƏ

Bütün xəbərlər
31 oktyabr 2026, 12:43

Sumqayıtda işləmiş kişi arvadını 16 bıçaq zərbəsi ilə yaraladı - SƏBƏB

Bütün xəbərlər
31 oktyabr 2026, 11:25

Sumqayıtın "Dəmir adam"ı rusiyalı rəqibinə qalib gəldi

Bütün xəbərlər
31 oktyabr 2026, 10:29

İki oğlu yadigar qalan sumqayıtlı şəhidin doğum günüdür

Bütün xəbərlər
31 oktyabr 2026, 09:05

Sumqayıtın geniş yolları: şəhərin nəbzini tutan dörd küçə

Bütün xəbərlər
31 oktyabr 2026, 00:01

44 günlük Vətən müharibəsinin 35-ci günü: XRONİKA

Bütün xəbərlər
30 oktyabr 2026, 18:30

Sumqayıt məktəblisindən beynəlxalq uğur

Bütün xəbərlər
30 oktyabr 2026, 17:58

Sumqayıtda zəncivari qəza

Bütün xəbərlər
30 oktyabr 2026, 17:20

Novxanı yolunda işıq dirəklərinin adı var, özü yoxdur

Bütün xəbərlər
30 oktyabr 2026, 16:45

Sumqayıt havası çirklənən şəhərlər sırasında

Bütün xəbərlər
30 oktyabr 2026, 16:08

Sumqayıtda şənbə günü hava belə olacaq

Bütün xəbərlər
30 oktyabr 2026, 15:00

Sumqayıt yolunda təhlükəli çökmə

Oxşar xəbərlər