Türk Ağsaqqallar İctimai Birliyinin (TAİB) üzvləri Sumqayıt şəhidlərinin xatirəsini anıblar. Bu haqda bu gün, 20 may tarixində Türk Dünyası Ağsaqqalları Qəzetinə istinadən xəbər veririk.
Məlumata əsasən, tədbirdə təşkilatın Beynəlxalq Əlaqələr departamentinin rəhbəri Elnur Eltürk, Türk Ağsaqqalları Birliyinin üzvü İzzet Sarı, "İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev və jurnalist Əli Zülfüqaroğlu iştirak ediblər.
Qonaqlar Şəhidlər xiyabanını ziyarət ediblər. Sonra Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun və polkovnik Şükür Həmidovun ailələrinə baş çəkib, onlarla söhbət ediblər.