Sumqayıtda Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov sosial məişət xidməti göstərilən Fəxrəndə Gülməmmədovanı ziyarət edib. Bu haqda Sumqayıt24 26 iyul tarixində agentliyə istinadən məlumat verir.
77 yaşlı Fəxrəndə xanımın həyat yoldaşı vəfat etdiyindən və övladı olmadığından tək yaşayır. Bu səbəblə ona 2020-ci ildən etibarən həftədə 2 dəfə səyyar sosial-məişət xidməti göstərilir. Görüş zamanı sədr Fəxrəndə xanımın sosial vəziyyəti ilə maraqlanıb və ona həmin xidmətlər barədə məlumat verib.
V. Behbudov bildirib ki, ümumilikdə 4500-ə yaxın vətəndaşa agentlik tərəfindən evdə sosial məişət xidməti göstərilir.