Sumqayıtda qəza baş verib. Bu barədə 30 iyun tarixində bloger Saleh Nəsirov paylaşım edib.
Məlumata əsasən, hadisə Corat qəsəbəsindən şəhərə gedən yolda baş verib. Taksi şirkətinə məxsus “Toyota Prius” markalı minik avtomobili “Hyundai Elantra” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.