Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində tələbə qızlar üçün maarifləndirici tədbir kecirilib. Bu haqda 31 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən təşkil olunan tədbir “Körpələrin ana südü ilə qidalandırılmasının əhəmiyyəti” mövzusunu əhatə edib.
Seminarda reproduktiv sağlamlığın qorunması barədə ətraflı məlumat verilib. Vurğulanıb ki, ana südü ilə qidalandırma həm ananın, həm də körpənin sağlamlığı üçün faydalıdır, ana südü uşaqların sağlamlığını qoruyaraq xarici mühitin xoşagəlməz təsirlərinə qarşı orqanizmin davamlılığını artırır.
Sonda iştirakçılara çap edilən maarifləndirici materiallar paylanılıb.