Sumqayıt Peşə Təhsil Mərkəzi və Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri Hərbi Qənimətlər Parkını ziyarət ediblər. Bu haqda 4 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Ekskursiya 8 Noyabr – Zəfər Günü münasibətilə baş tutub. Tələbələr Vətən müharibəsi zamanı əldə etdiyimiz hərbi qənimətlər və eksponatlarla tanış olublar. Eləcə də onlar Vətən müharibəsində müzəffər ordumuzun göstərdiyi igidlik və qəhrəmanlıqlar, düşmənin canlı və hərbi qüvvəsinin itkiləri barədə ətraflı məlumat alıblar.
Səfər Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunub.