Sumqayıtda “28 May - Dünənin bugünü” adlı tədbir baş tutacaq. Bu haqda Sumqayıt Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı məlumat yayıb.
Görüş "Hədəf 10%" Tələbə Gənclər Təşkilatlarının fəaliyyətlərinin stimullaşdırılması, rəqabətliliyin artırılması, çağırışlara cavab verən tələbə kütləsinin formalaşdırılmasına dəstək proqramı çərçivəsində baş tutacaq.
Tədbirdə iştirak etmək və əlavə məlumat almaq istəyən tələbələr qeyd olunan nömrə ilə əlaqə saxlaya bilər: (050) 722-73-71.
Qeyd edək ki, yerlər məhduddur.
Tarix: 27 may;
Vaxt: 14:30;
Məkan: Heydər Əliyev Mərkəzinin 4-cü mərtəbəsi.