Sumqayıt Dövlət Universitetində "Son 44!" adlı tədbir keçirilib. Bu barədə 10 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Görüş "ON1000” proqramı çərçivəsində Tələbə Gənclər Təşkilatı (SDU TGT) tərəfindən təşkil olunub və Şuşanın azad olunmasına həsr edilib. Tədbirə universitetin müəllim və tələbə heyəti, veteranlar qatılıblar.
Onlara Zəfər Günü ilə bağlı səhnəciklər nümayiş olunub.