Sumqayıt Dövlət Universitetinin tələbələri tarixi muzeyi ziyarət edib. Sumqayıt24 bu haqda 15 iyun tarixində sosial şəbəkələrə istinadən xəbər verir.
Milli Qurtuluş Günü ilə əlaqədar baş tutan ekskursiya Tələbə Gənclər Təşkilatı tərəfindən təşkil olunub. Burada gənclərə Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən bayram barədə ətraflı məlumat verilib. Onlar arasında müxtəlif diskussiyalar aparılıb.
Sonda Milli Qurtuluş Gününə aid hazırlanmış videoçarx nümayiş olunub.