SDU-nun tələbələri “1-ci Rəqəmsal İdeya Müsabiqəsi”nin diplomu ilə təltif olunublar. Bu haqda bu gün, 23 may tarixində universitetin saytına istinadən xəbər veririk.
Müsabiqə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilib. Yarışda 60 şəhər və rayondan 1361 nəfər qeydiyyatdan keçmişdır, lakin müsabiqəyə yalnız 20 nəfər buraxılış ala bilmişdir.
Riyaziyyat fakültəsinin tələbəsi Sevinc Həsənovanın qatıldığı “Xudayar” komandası 1-ci, İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi Sərnaz Nəsirovanın iştirak etdiyi “Zəfər” komandası 2-ci yerə layiq görülüb. Tələbələrimizin qatıldığı digər komandalar isə diplomla təltif olunublar.