Sumqayıtda təmizlik aksiyası keçiriləcək.
Sumqayıt24 Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, Ümumrespublika Təmizlik Marafonu çərçivəsində təşkil olunan iməcilik sentyabrın 14-də saat 09:00-dan 10:00-a kimi davam edəcək. Marafona qoşulmaq istəyən hər kəs dəvət olunur.