Sumqayıtlı tanınmış göz həkiminin kitabı işıq üzü görüb. Bu haqda Sumqayıt24 məlumat verir.
Məlumata əsasən, kitab Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyinin sədri Dr. Emin Əlihüseynliyə məxsusdur. “Sonuncu Şirvanşah” tarixi romanını ərsəyə gətirmək üçün yazıçı ömrünün 10 ilə yaxın vaxtını ayırıb.
Əsər Səfəvilər dövlətinin ikinci hökmdarı I Şah Təhmasibin hakimiyyətinin ilk 15 illik dövrünü əhatə edir. Hadisələr Təbrizdən Şamaxıya, Xorasandan İstanbula qədər olan geniş coğrafiyanı əhatə edərək, həmin dövrdə baş vermiş tarixi hadisələrə əsaslanır.