Tanınmış şair-tərcüməçi, publisist, jurnalist Ağasəfa Yahyayev mükafatlandırılıb. Sumqayıt24 bu barədə 19 noyabr tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Mədəniyyət naziri Anar Kərimovun müvafiq əmrinə əsasən, şairin anadan olmasının 80 illiyi ilə əlaqədar o,Fəxri Fərmanla təltif olunub. Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev və idarənin kollektivi şairin Xızı rayonunun Qarabulaq kəndindəki evində olublar. Qonaqlar mükafatı şairə təqdim ediblər.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, eləcə də Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Ağasəfa öz növbəsində ona göstərilən diqqət və qayğıya görə Mədəniyyət Nazirliyinin rəhbərliyinə və bütün kollektivinə minnətdarlığını bildirib.