top
Tanışını döyüb bıçaqlayan şəxs azadlığa çıxdı - Sumqayıtda MƏHKƏMƏ
06 mart 2026, 17:00
- ↺ +

Tanışını döyüb bıçaqlayan şəxs azadlığa çıxdı - Sumqayıtda MƏHKƏMƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Elmar Nəbiyevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın məlumatına görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib, təqsirləndirilən şəxsə şərti cəza verilib və o, dərhal həbsdən azad olunub.

İttihama görə, hadisə 31 mart 2025-ci ildə saat 10:00 radələrində Siyəzən rayonu, Daşlı Çalğan kəndi ərazisində qeydə alınıb.

Belə ki, olaydan bir gün əvvəl Elmar Nəbiyev həmkəndlisi, zərərçəkmiş Asəf Kərimzadə (adı, soyadı şərtidir) ilə qarşılaşıb. Həmin vaxt tərəflər arasında birgə istifadə etdikləri su xətti ilə bağlı mübahisə yaranıb. Zərərçəkmiş şəxs su xəttini özünün çəkdirdiyini və sudan artıq istifadənin yolverilməz olduğunu bildirdikdən sonra təqsirləndirilən şəxsin ünvanına nalayiq ifadələr işlədib və tərəflər arasında sözlü mübahisə baş verib.

Yaranmış vəziyyətə aydınlıq gətirmək və təhqirin səbəbini soruşmaq məqsədilə Elmar ertəsi günü  Asəfə zəng edərək görüşmək istədiyini bildirib. Zərərçəkmiş şəxs iri buynuzlu heyvanlarını kəndin ərazisində yerləşən "Boyağlı dərə" adlanan yerdə otardığını deyib və görüş həmin ərazidə baş tutub.

Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, tərəflər arasında şəxsi münasibətlər zəminində yenidən mübahisə yaranıb. Bu zaman Asəf əlində olan ağac parçası ilə Elmara zərbələr endirib. Nəticədə təqsirləndirilən şəxsə başın alın nahiyəsinin və sol əlin yumşaq toxumalarının əziyi, eləcə də sol bud nahiyəsinin qançırı kimi sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirilib.

Bundan sonra Elmar istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi ov bıçağından istifadə edib. O, zərərçəkmiş şəxsə bədəninin müxtəlif nahiyələrindən qəsdən zərbələr endirərək xəsarət yetirib.

Daha sonra təqsirləndirilən şəxs həmin bıçağı ərazidəki kolluğa atıb. Lakin 01 aprel 2025-ci il tarixdə bıçağı özü taparaq istintaq orqanına könüllü şəkildə təhvil verib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elmar Nəbiyev 3 il müddətinə azadlıqdan məhrum edilib. 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 31-ci günü - XRONİKA

İdman
Dünən, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
Dünən, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
Dünən, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
Dünən, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Bütün xəbərlər
Dünən, 16:09

Sarayın bu küçəsində işıqlandırılma problemi həll edildi

Bütün xəbərlər
Dünən, 15:18

Sumqayıtda maşın qəfil yandı

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda ürəkbulandıran mənzərə - şəhərin "sağalmaz yarası"

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıtda yaşayan şəhid anasının 21 illik mənzil gözləntisi

Bütün xəbərlər
Dünən, 13:10

Sumqayıtda sabah hava yağmursuz ola bilər

Bütün xəbərlər
Dünən, 12:22

Sumqayıtdan Bakıya gələn sürücülərə şad xəbər

Bütün xəbərlər
Dünən, 11:41

Sumqayıtda su kanalı daşdı - sakinlər çətin vəziyyətdə

Bütün xəbərlər
Dünən, 11:14

Sumqayıtda bu gün hava necə keçəcək?

Bütün xəbərlər
Dünən, 10:53

Sumqayıtda ağaclar kəsilərək yerində köşk quraşdırıldı – AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 10:06

Sumqayıtda qəza - 5 maşın toqquşdu

Bütün xəbərlər
Dünən, 09:15

"Stansiya Sumqayıt"da evləri su basdı - sakinlər danışdı

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 30-cu günü - XRONİKA

Bütün xəbərlər
25 oktyabr 2026, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
25 oktyabr 2026, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
24 oktyabr 2026, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
24 oktyabr 2026, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

İdman
24 oktyabr 2026, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Oxşar xəbərlər