Tanışını qətlə yetirən Rafael Quliyev apellyasiya şikayəti verib. Sumqayıt24 bu barədə 1 noyabr tarixində Xeberle.com-a istinadən xəbər verir.
Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Rəşadət Ağayevin sədrliyi ilə keçiriləcək prosesdə baxılacaq. İlkin baxış iclası noyabrın 3-nə təyin edilib.
Hadisə Sumqayıt Dəmiryol Vağzalının qarşısında baş verib. Sumqayıt sakini, 20 yaşlı Rafael Quliyev tanışı, 39 yaşlı Nurəddin Quliyevə bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb.