Sumqayıtda Vətən müharibəsi şəhidinin ailəsi ziyarət edilib. Bu haqda 16 fevral tarixində Sumqayıt24 Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Qubadlı rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları şəhid Ülvü Məhərrəmovun ailəsi ilə görüşüblər. Kollektiv ziyarət zamanı ailənin qayğıları ilə maraqlanıb, maddi və mənəvi dəstək olub.
Məhərrəmov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.