Sumqayıtda "Tarix qəhrəmanlığı unutmur" adlı sərgi təşkil olunub. Sumqayıt24 bu haqda 12 iyul tarixində sosial şəbəkələrə istinadən xəbər verir.
Mərkəzi Uşaq Kitabxanasında nümayiş olunan guşədə 2016-ci il aprel döyüşləri və 2020-ci ilin Tovuz döyüşlərində şəhid olmuş oğullarımızın əziz xatirəsinə həsr olunub. Burada Milli qəhrəmanlarımız haqqında kitablar sərgilənir.