Ceyranbatan qəsəbə məktəbinin məzunu olmuş gənc tibb sahəsində ilkə imza atıb. Bu haqda bu gün, 8 iyun tarixində “Sumqayıt” Facebook hesabına istinadən xəbər veririk.
Elvin Hüseynov Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Gəncimiz Almaniyanın Köln şəhərində Azərbaycanlı Həkimlərin 1-ci Forumunda kliniki təqdimatla çıxış edib. Hüseynov Almaniya tibb tarixində allergik bronxopulmonal kandidiaz xəstəliyinin dəqiq diaqnozunu qoyan və effektiv müalicə edən ilk həkim olub.
Fəxrimiz Köln "Augustireninnen" Xəstəxanasının ağciyər xəstəlikləri, allerqologiya, süni tənəffüs və yuxu təbabəti klinikasının şöbə müdiri və aparıcı mütəxəssisidir.