13 yaşlı Məhəmmədəli Eqanovla vida mərasimi keçiriləcək.
Media.az-ın məlumatına görə, AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan yeniyetmənin vida mərasimi sabah, 28 dekabr saat 10:00-da Bakıda baş tutacaq.