Sumqayıt şəhərinin inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktı aşkar edilib.
Sumqayit24.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Araşdırma zamanı faktın Bakı küçəsi 37 ünvanında yerləşən “Term” kampaniyasına məxsus ərazidə müəyyən olunduğu məlum olub.
Fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından, məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.