Sumqayıt Dəmiryol Stansiyasında terminal işləməməsi sərnişinlərin qatara gecikməsinə səbəb olub. Bu barədə 10 yanvar tarixində Sumqayıt24 Oxu.az-a istinadən xəbər verir.
Ödəmə terminallarından birinin işləməməsinə görə sərnişinlər növbəti qatarı gözləməli olublar. Bundan başqa, artıq bir neçə gündür ki, vaqonların içərisindəki məlumat lövhələri də çalışmır.
Qatarın hansı stansiyaya çatdığını sərnişinlər bir-birindən soruşurlar və bu, qarışıqlıq yaradır. Məsələ ilə bağlı stansiyada olan əməkdaşlara məlumat verilib. Onlar sərnişinləri digər terminala yönləndiriblər.