top
“Terminator” ləqəbli, Şuşa Fatehi, Sumqayıtda əbədi uyuyan Mehrab
30 sentyabr 2025, 09:00
- ↺ +

“Terminator” ləqəbli, Şuşa Fatehi, Sumqayıtda əbədi uyuyan Mehrab

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Kəşfiyyatçı Mehrab Niftəliyev həmişə üstündə Azərbaycan bayrağı gəzdirib və Cəbrayılda da üçrəngli bayrağımızı məhz ilk dəfə o qaldırıb. Şuşa Fatehi kimi də tanınan Mehrab Cəbrayıldakı düşmən hərbi hissələrinə ilk girənlərdən biri olub. "Terminator" ləqəbli, Xüsusi Təyinatlı Qüvvələrin baş giziri, Vətən müharibəsində son nəfəsinədək döyüşərək Qarabağın döyünən ürəyini - Şuşanı düşməndən alan igidlərdəndir Mehrab Niftəliyev.

Bir vaxtlar təkcə doğulduğu Qubanın Qam-qam kəndində mərd, igid oğul kimi tanınan, indi isə Azərbaycanın bütün gəncliyinə örnək olan kəşfiyyatçı Sumqayıtdakı Şəhidlər Xiyabanında dəfn edilib və sumqayıtlıların da fəxri sayılır.

Niftəliyev Mehrab Söhrab oğlu 1985-ci il mayın 13-də Qubanın Qam-qam kəndində anadan olub. O, Mübariz Abdullayev adına Qam-qam kənd orta məktəbində təhsilini başa vurduqdan sonra 2003-cü ildə müddətli hərbi xidmətə yollanıb. Hərbi xidmətdə olarkən Xüsusi Təyinatlı Qüvvələrə cəlb edilib və kursu başa vurduqdan sonra 2005-ci ildən XTQ-nin döyüşçüsü kimi Vətənə xidmətini davam etdirib.

İyul ayının 17-si axırıncı dəfə Mehrab öz doğma yurdu Qubaya gedir. Ailəsi ilə hal-əhval tutduqdan sonra onlarla bir foto çəkdirir və deyir ki, bu şəkil xatirə qalsın. Anasına da deyir ki, o biri şəkillərimə bir dəfə də baxmamısan, amma bu şəklimə həmişə baxacaqsan. Sanki Mehrab hiss etmişdi ki, bu onun valideynləri ilə çəkdirdiyi son şəkil olacaq. Üç övlad atası olan Şuşa Fatehi övladları ilə də 19 sentyabr tarixində sonuncu dəfə görüşür.

Erməni dilini də əla bilən Mehrab 2016-cı ildə Aprel döyüşlərində göstərdiyi şücaətə görə də fərqlənib. Qüsursuz xidmətlərinə görə isə dəfələrlə medal və diplomlarla təltif edilib.
Vətən müharibəsi başlayan gündən isə Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Xocavənd, xüsusilə də Şuşa uğrunda gedən döyüşlərdə cəsarətlə savaşan Mehrab Niftəliyev düşmənin 70-ə yaxın canlı qüvvəsini, postlarını məhv edib və hərbi texnikalarını, silah-sursatlarını sıradan çıxarıb, bəzilərini isə qənimət kimi ələ keçirib.

İkinci Qarabağ müharibəsinin son döyüşləri Şuşa uğrunda gedirdi. Daşaltı, Laçın və Xankəndi istiqamətlərindən irəliləyən xüsusi təyinatlılar düşmənlə üz-üzə savaşırdı. Qalaya yaxınlaşan zaman artilleriya mərmisindən Mehrab ayağından yaralanır. 7 noyabr tarixində yaralı “Terminator” səhərin açılmasını gözləyirdi.

O, artıq Şuşanın alınmasında əvəzsiz rolu olan qəhrəmanlardan birinə çevrilsə də, son arzusuna, özü ilə gətirdiyi bayrağı Şuşaya sancmaq arzusuna çata bilməmişdi. Səhərə yaxın Mehrab döyüş yoldaşından Şuşaya bayrağın sancılıb-sancılmadığını soruşur. Elə anındaca cavab gəlir. Hə, qardaş, bayrağımız Şuşada dalğalanır.

Bu cümlədən sonra simasına bir rahatlıq qondu. Artıq şəhidlik zirvəsinə ucalmaq olardı. Son iş də tamamlanmışdı. Qarabağın baş tacı Şuşada 30 ildən sonra bayrağımız dalğalanırdı. İndi rahatlıqla gözləri yumub əbədiyyətə qovuşmaq olardı və belə də oldu...

Noyabrın 8-i Şuşa artıq azad idi. Bu tarixi gündən sonra Mehrab Niftəliyevin nəşi Sumqayıt şəhərinə gətirilərək Şəhidlər xiyabanında torpağa tapşırılır.

Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülür. Bundan başqa, dövlət başçısının digər sərəncamları ilə "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunur.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:35

Sumqayit24.az quruma məlumat verdi - zibil qutularının yeri dəyişdirildi

Bütün xəbərlər
Bu gün, 09:53

Sumqayıtda 5 nömrəli avtobusun intervalı 13 dəqiqədir - AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 09:15

Sumqayıt Dövlət Universiteti 155 min manata mebel alır

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 34-cü günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 20:51

Ceyranbatanda şagirdlərin qida zəhərlənməsi faktı təsdiqlənməyib

Bütün xəbərlər
Dünən, 19:00

Xəstəxana bağlı qalıb, təmir isə görünmür: Sumqayıtdan ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıtda ağac kəsilib yerində obyekt quraşdırılıb? - İDDİA

İdman
Dünən, 16:42

Sumqayıtlı MMA döyüşçüsü çəki limitini keçdi - qarşılaşması ləğv edilmədi

Bütün xəbərlər
Dünən, 16:10

Qatarlarda unudulan əşyaların sayı açıqlandı – Bakı-Sumqayıt ilk sırada

Bütün xəbərlər
Dünən, 15:25

Sumqayıtda piyadanı vuraraq öldürən şəxs yenidən məhkəmə qarşısında

Bütün xəbərlər
Dünən, 14:43

19 yaşında Vətənə canının fəda edən Teymurun doğum günüdür

İdman
Dünən, 13:51

"Sumqayıt" - "Şəfa" oyunu ilə bağlı azarkeşlərə MÜJDƏ

Bütün xəbərlər
Dünən, 13:00

Sumqayıta gecə və səhər yağış yağa bilər

Bütün xəbərlər
Dünən, 11:30

Coratda bu küçə asfaltlanır

Bütün xəbərlər
Dünən, 10:18

Sumqayıtda qəza - maşınlar toqquşdu

Bütün xəbərlər
Dünən, 09:22

Sarayda kişi borc aldığı arvadını bıçaqladı

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 33-cü günü - XRONİKA

İdman
28 oktyabr 2026, 18:30

Sumqayıtda gənc cüdoçular arasında yarış keçiriləcək

Bütün xəbərlər
28 oktyabr 2026, 18:00

Sarayda küçənin bir hissəsini inşaat qalıqları zəbt edib - ŞİKAYƏT

Bütün xəbərlər
28 oktyabr 2026, 17:30

Sumqayıtda sabah çiskin gözlənilir

Bütün xəbərlər
28 oktyabr 2026, 16:41

Riad Rəfiyev: "Zaman keçdikcə daha güclü "Sumqayıt" görəcəyik"

Bütün xəbərlər
28 oktyabr 2026, 15:56

Sumqayıtda kişi arvadını yeməyə görə döydü

Bütün xəbərlər
28 oktyabr 2026, 15:00

Bakı və Sumqayıt tələbələri üçün beynəlxalq İT proqramına qeydiyyat başlayır

Bütün xəbərlər
28 oktyabr 2026, 14:20

Sumqayıtda sakinlərdən zibilin daşınması ilə bağlı TƏLƏB

Oxşar xəbərlər