Sumqayıt şəhər 1 nömrəli Ailə Sağlamlıq Mərkəzində (ASM) maarifləndirici seminar keçirilib. Bu haqda 27 fevral tarixində Sumqayıt Tibb Mərkəzinə istinadən xəbər veririk.
Təlim “Qaraciyərin toksik zədələnmələri" mövzusunu əhatə edib. Tibb heyətinin qatıldığı seminarda qaraciyərin toksik zədələnmələri və müalicəsində yeni tövsiyələrə nəzər salınıb. Sonda iştirakçıları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.