Sumqayıt şəhər 31 nömrəli orta məktəbində “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib. Bu haqda 4 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Tədbirdə Sumqayıt Tibb Mərkəzinin əməkdaşları, eləcə də hüquqşünas Günay İbrahimli, 4 nömrəli Ailə Sağlamlıq Mərkəzinin həkim-pediatrı Nərmin Əmirova iştirak ediblər.
Çıxış edən G.İbrahimli insan hüquqlarının tərkib hissəsi olan uşaq hüquqları, "Uşaq Hüquqları Konvensiyası" barədə şagirdlərə ətraflı məlumat verib. Ailə həkimi-pediatr Nərmin Əmirova qeyd edib ki, uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial yönümlü siyasətinin prioritet istiqamətlərindən biridir.
Sonda uşaqları maraqlandıran suallar cavablandırılıb.