Sumqayıt Tibb Mərkəzinin rəhbərliyi şəhid və qazi ailələrini ziyarət edib. Bu barədə 30 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Ziyarət 3 nömrəli Ailə Sağlamlıq Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Görüşdə STM-in direktoru Səkinə Sadıxova, direktor müavini İlkin Namazov, STM-in Mühafizə bölməsinin müdiri Mahir Məmmədov, 3 nömrəli ASM-in baş həkimi Maisə İsmayılova və tibb işçiləri iştirak ediblər.
Kollektiv şəhidlər Ruslan Məmmədov və Kamran İsmayılovun ailələrini, eləcə də qazilər Şahin Rəhimov, İlkin Nəzərov, Eldar Alxasov, Namidar Bəhlulov, Ziya Fərziyev və Ariz Hüseynovu Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə təbrik edib, onlara bayram sovqatı təqdim edib. Qazilərlə söhbət edilib, sağlamlıq vəziyyətləri ilə maraqlanılıb.