Sumqayıt şəhər 5 nömrəli Ailə Sağlamlıq Mərkəzində (ASM) maarifləndirici seminar keçirilib. Bu haqda 14 mart tarixində Sumqayıt24 Tibb Mərkəzinə istinadən xəbər verir.
Təlimdə ASM-in ailə həkimi, pediatr Səbinə Musayeva "Suçiçəyi xəstəliyi. Əlamətləri və müalicə yolları" mövzusunda çıxış edib. Qeyd edib ki, infeksiya yalnız insanlarda xəstəlik törədir və hava-damcı yolu ilə, nadir hallarda isə anadan bətnində olan uşağa ötürülür. Həmçinin infeksiyanın müalicə üsullarından və bu sahədə mövcud olan protokollardan danışılıb. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.